Hər kəsin diqqətini cəlb edən modern memarlıq əsəri!
MEGAFUN
2012-ci ildə yaranmasının 10-cu ildönümündə Yeni Hayat Şirkətlər Qrupu Azure Kompleksində Avropanın ən böyük qapalı Əyləncə Mərkəzi olan Megafun-ın fəaliyyətinə start verdi.
Açılış müddətində əyləncə mərkəzi kompleksin sadəcə 3-cü mərtəbəsində məskunlaşaraq 200-dən çox attraksion, oyun apparatı, təbii buz meydançası, Bakıda ən böyük boulinq (14 xətti böyüklər, 2 xətti uşaqlar üçün olmaqla cəmi 16 xətt), 4, 5, 6 D kinotetatrlar, lazer oyunları, qorxu tuneli, çarpışan arabalar, qayıqlar və bir çox digər əyləncə vasitələrindən ibarət idi.
Daim yenilənən, müasirləşən Yeni Hayat ənənəsinə sadiq qalan Megafun, 2013 ci ilin dekabr ayının 24-də 1 yaşında iki dəfə böyüyərək Azure Kompleksinin üç mərtəbəsini əhatə etdi. Yenilənən Megafun hal-hazırda 17 coğrafi zonadan ibarətdir.
Artıq burada kiçik qonaqlar üçün karusel və yelləncəklərlə bərabər, Magic Jungle adlı Bakının ən böyük güzgülü labirinti, 7 nəhəng dinozavrı ilə uşaqları nağıllar aləminə qərq edən Dino Parkı, 4 avtomobilin eyni anda yarışa bildiyi nəhəng Kartinqi və yüzlərlə yeni attraksion və oyun apparatı ilə Megafun böyükdən kiçiyə hər kəsin ən sevdiyi əyləncə mərkəzinə çevrilmişdir.
Ətraflı məlumat: http://megafun.az